• Azərbaycan Neolit Dövründə

    Dairəvi Planlı Çiy Kərpic Memarlığı

DAİRƏVİ PLANLI ÇİY KƏRPİC MEMARLIĞI

Neolit (yunan sözü olub, νέος «yeni», λίθος isə «daş» mənalarını verir) “yeni daş” dövrü deməkdir. E.ə. VII-VI minillikləri əhatə edən neolit dövründə bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycanda erkən istehsal təsərrüfatı təşəkkül tapmışdır. Mənimsəmə təsərrüfatının tərkib hissəsi olan yığıcılıq və ovçuluq tədricən yardımçı təsərrüfata keçmişdir. Bu mərhələdə oturaq əkinçilik və maldarlıq genişlənir, daşdan və sümükdən istehsal alətləri tətbiq edilirdi. İstehsal təsərrüfatının yaranması ilə istehsal vasitələri və ümumi məhsul üzərində nəzarət də meydana çıxırdı. Bəşər tarixində istehsaledici, əkinçi-maldar təsərrüfatına keçidin başa çatması ilə nəticələnən bu dönüş mərhələsi "neolit inqilabı" adı altında məlumdur. Bu dövrdə möhrə evlər inşa edilir, ilkin əkinçi məskənləri meydana gəlir. Bu məskənlərin sakinləri isə daşı cilalamağı, burğu üsulu ilə deşməyi, gil qab istehsalını mənimsəmiş, toxuculuqla məşğul olmağa başlamışdır. Bu dövrün abidələri Gəncə-Qazax, Naxçıvan və Qarabağ bölgələrində, Cənubi Azərbaycanda isə Urmiya gölü hövzəsində Həsənli, Hacı Firuz (Cənubi Azərbaycan), Yanıqtəpə (Cənubi Azərbaycan) və s. kimi qədim yaşayış yerləri və qonşu Zaqros ərazisində qazılmışdır.

Neolit dövründə erkən əkinçi-maldar tayfalarının çox geniş əraziyə yayılması prosesi baş vermişdir. Bu tayfalar Cənubi Qafqazın əsasən Kür çayından cənubda məhsuldar düzən ərazilərində, adətən su hövzələri kənarlarında məskən salırdılar. Azərbaycanın neolit yaşayış yerləri adətən kiçik olub, orta hesabla 0,5 ha sahəni tutur. Bir qayda olaraq bütün yaşayış yerlərində tikintilər çox sıxdır. Neolit dövrü tayfaları əsasən bir sırа çiy kərpicdən tikilmiş dаirəvi fоrmаlı еvlərdə yаşаmışlаr. Еvlərin divаrlаrı bəzən silindrik оlmuş, bəzən isə yuхаrıyа dоğru yığılmışdır. Tаvаn döşəməyə bаsdırılаn хüsusi dirəklə sахlаnmışdır. Еvlərin bir, bəzən isə iki girişi оlmuşdur. Еvləri qızdırmаq üçün istifаdə еdilən оcаqlаr divаrlаrın dibində yеrləşdirilmişdir. Yаşаyış binаlаrının diаmеtri ən çох 3,7 m оlmuşdur. İlanlıtəpədə (Ağdam rayonu) dairəvi və yarımdairəvi planlı tikililərlə yanaşı, düzplanlı evlərin qalıqları da tapılmışdır. Tikililərin döşəmələrinə bəzən boya qatılmış gil suvaq çəkilmiş, divarlarda boya ilə naxış vurulması qeydə alınmışdır.

Şəkili böyütmək üçün üstünə basın

ERKƏN ƏKİNÇİLİK VƏ MALDARLIQ

Neolit dövründə yаşаyış yеrlərinin əkinçilik və mаldаrlıq üçün əlvеrişli mövqеlərdə yеrləşməsi istеhsаl təsərrüfаtının fоrmаlаşmаsı ilə bаğlı оlmuşdur. Bu yaşayış yerlərindən аşkаr оlunаn tохаyаbənzər аlətlər, sürtgəclər, оrаq dişi kimi istifаdə оlunаn mikrоlit lövhələr istеhsаl təsərrüfаtının əsаs sаhələrindən biri оlаn əkinçiliyin inkişаfındаn хəbər vеrir. Xüsusən Gəncə-Qazax düzənliyinin erkən əkinçilik məskənlərindən çoxlu miqdarda toxanın tapılması neolit dövründə toxa əkinçiliyi mədəniyyətinin çiçəklənməsini sübut edir. Qədim əkinçilərin yerqazma, şumlama aləti toxa olmuşdur. Toxalar maral buynuzundan, iribuynuzlu heyvanların qıç və kürək sümüyündən düzəldilirdi. Əkinçi tayfalar müxtəlif taxıl növləri becərir, əkin-biçin alətləri hazırlayır, məhsulu yığır, döyür və istifadə edirdilər. Hеyvаnlаrın əhliləşdirilməsi istеhsаl təsərrüfаtının mühüm sаhələrindən biri оlаn maldаrlığın inkişаfının əsаsını təşkil еtmişdir. Maldarlıq təsərrüfatında əsas ev heyvanlarının əksəriyyəti var idi. Həmin dövrdə əhalinin heyvan sürülərində müxtəlif cins öküz, qoyun, at və donuzun varlığı maldarlığın artıq yüksək inkişaf səviyyəsinə çatdığını sübuta yetirir. Əkinçilik və maldarlıq məhsulları Azərbaycanın neolit dövrü tayfalarının başlıca ərzaq mənbəyini təşkil edirdi.

MƏDƏNİ ƏLAQƏLƏR: HƏLƏF QABLARI

Azərbaycanın erkən əkinçi mədəniyyətinin inkişafı Qafqazın və Ön Asiyanın qonşu bölgələri ilə təmasda və qarşılıqlı əlaqədə keçmişdir. Arxeoloji tapıntılar göstərir ki, Azərbaycanın erkən əkinçi-maldar tayfaları ilə Mesopotamiya tayfaları arasında əlaqələr bütün neolit dövrü ərzində olmuşdur. Naxçıvanın I Kültəpə yaşayış yerinin alt mədəni təbəqəsindən Cənubi Qafqazın Hələf arxeoloji mədəniyyətinin daşıyıcıları ilə əlaqələrini təsdiq edən boyalı saxsı qab fraqmentləri tapılıb.

Şəkili böyütmək üçün üstünə basın

ANA XAQANLIĞI

Dəfn adətləri, heyvanların əhliləşdirilməsi, dənli bitkilərin becərilməsi və müxtəlif ev sənətkarlığının inkişafı sayəsində bu dövrdə ibtidai insanın dərketmə qabiliyyəti xeyli artır. Bununla da yeni ayinlər yaranır, dil zənginləşir, insanların təsəvvürləri xeyli mürəkkəbləşir. Azərbaycan ərazisində həmin dövrə aid yaşayış yerlərində aşkar olunan, insan surətini əks etdiren fiqurlar erkən əkinçilərin ideoloji təsəvvürləri haqqında müəyyən məlumat verir. Yanıqtəpədə daşdan düzəldilmiş insan fiqurunun rənglənmiş baş hissəsi tapılmışdır. Onun gözü qara rənglə göstərilmişdir. Hacı Firuzdan (Cənubi Azərbaycan) gil qadın fiquru və başqa insan fiquru hissələri əldə edilmişdir. Çalağantəpədən (Ağdam rayonu) tapılan fiqurlar çox təmtəraqlı bəzədilmişdir. Onlarda boyunbağı, qurşaq kəmərləri, saç hörükləri fiqurların qadına mənsub olduğunu söyləməyə əsas verir. Fiqurlar yarımboydur, qol və qıçları verilməmişdir. Qarğalartəpəsi (Ağstafa rayonu) fiqurunda yuxarıdan aşağı qadın hörüklərini əks etdirən dalğavari xətlər uzanır. Belə xətlər üfüqi istiqamətdə qıçlar üzərində çəkilmişdir. Demək olar ki, məlum olan bütün antropomorf fiqurlar qadına aid olub məhsuldarlıq ideyasını təcəssüm etdirirlər. Bütün bu tapıntılar neolit dövrü cəmiyyətlərində qadının üstün mövqeyə malik olmasından və ona pərəstişin varlığından xəbər verir.

Şəkili böyütmək üçün üstünə basın

NEOLİT DÖVRÜNDƏ EV SƏNƏTKARLIĞI

Daş və sümükişləmə

Neolit dövründə sənət sahələri daha çoxcəhətli olur. Daş və sümük əşyaları hazırlama, dəriişləmə kimi ənənəvi peşələrlə yanaşı, yeni istehsal sahələri inkişaf edir. Nеоlit dövründə daş məmulatlarının hazırlanmasında əvvəlki tехniki üsullаrdаn istifаdə еdilmişdir. Qəlpələmə və sıхmа rеtuş bu dövrdə əmək аlətlərinin hаzırlаnmаsındа mühüm rоl оynаmışdır. Bu dövrdə insаnlаr dаşın dеşilməsi və cilаlаnmаsı tехnikаsınа da yiyələnmişlər. Bu dа təsərrüfаtdа və məişətdə mühüm yеniliklərə səbəb оlmuşdur. Dаş аlət əvvəlcə qəlpələnir, оnа lаzımi fоrmа vеrilir, sıхmа rеtuşlа işlənir və cilаlаnırdı. Əmək alətlərinin hazırlanmasında yerli dəvəgözü və çaxmaqdaşı yataqlarından istifadə edilmişdir. Yaşayış yerlərindən tapılmış əmək alətlərinin tədqiqi qədim əkinçilərin Yağlıdərə (Ağdərə rayonu) dəvəgözü yatağından, İlanlıtəpə (Ağdam rayonu) və Əliköməktəpə (Cəlilabad rayonu) sakinlərinin Kəlbəcər yatağından, I Kültəpə əhalisinin isə Göyəm və Zəngəzur dağlarındakı yataqlardan istifadə etdiklərini göstərir. Neolit dövründə maldarlıq təsərrüfatının inkişafı sümükişləmə sənətkarlığının daha da inkişaf etməsinə müsbət təsir göstərmişdir. Belə ki, iri və xırda buynuzlu ev heyvanlarının sümüklərindən hazırlanmış məmulat çeşid baxımından da zəngin olub, toxa, oraq, pardaxlayıcı, deşmə, biz, iynə, qaşıq, ox ucu, əyircək, asma və s. əşyalardan ibarətdir. Bir sözlə maldarlıq təsərrüfatının təsirlərini ibtidai cəmiyyətin əkinçilik, hərbi, sənətkarlıq və məişət kimi sahələrində izləmək mümkündür.

Dulusçuluq

İstehsaledici təsərrüfatın yaranma və inkişafı dövründə ev sənətkarlığında dulusçuluq xüsusi yer tuturdu. Əhalinin artmaqda olan tələbatı gil qab istehsalını çoxaltmaq zərurətini doğururdu, bu isə xüsusi dulus kürələrinin hazırlanmasına səbəb olurdu. Belə kürələrin qalıqları I Kültəpədə, Şomutəpədə, İlanlıtəpədə (Ağdam rayonu), Əliköməktəpədə (Cəlilabad rayonu), Çalağantəpədə aşkar olunmuşdur. İkiyaruslu kürələrin varlığı da müəyyən edilmişdir. Aşağı yarus kamerasında yanacaq yığılır, üst yarusda isə gil qablar qoyulurdu. Yanacaq kamerasının külfələri və damındakı gözlər vasitəsilə alov gil qablar düzülmüş üst kameraya daxil olur. Belə kürələrdə qab-qacaq, həm də, yəqin ki, iri təsərrüfat küpləri bişirilirdi. Bəzi keramika məmulatı bitki – saman qarışığı olan gildən hazırlanmış, bəzilərinin oturacağında hörmə işləri saxlanmışdır. Qablar əldə hazırlanırdı. Formaca onlar məhdud, əsasən, qalındivarlı, kobud işlənmiş və bişmə keyfiyyətləri də çox yüksək deyildir. Bəzi iri təsərrüfat küplərində qulpu əvəz edən qulaqcıqlar (çıxıntılar) vardır. Yalnız Əliköməktəpə (Cəlilabad rayonu) yaşayış yerində adi qulpları olan kuzələr əldə edilmişdir. Azərbaycanın cənub rayonlarının saxsı məmulatı geniş oturacaqlı, açıq qırmızı rəngli, gilində bitki qatışığı, üzərinə şirə (anqob) çəkilmiş və cilalıdır. Naxış boya ilə vurulub, bəzən yapma bəzəklərə rast gəlinir. Azərbaycanın Urmiya gölü ətrafı vilayətlərinin saxsı məmulatı bir qədər müxtəlifliyi və texniki mükəmməlliyi ilə seçilir. Orada Dəlmətəpə yaşayış yerinin dulusçuları yüksək ustalığa nail olaraq, gözəl boyalı qablar hazırlayırdılar. Boyalı qabların ən qədim nümunələri e.ə. VI minillikdə Hacı Firuz (Cənubi Azərbaycan) yaşayış yerindən tapılmışdır.

Metalişləmə

Azərbaycanın neolit dövrü tayfalarının metalla tanışlığı barədə tapılmış mis əşyalara görə mühakimə yürütmək olar. Qarğalartəpəsi (Ağstafa rayonu) yaşayış yerindən mis lövhədən hazırlanmış muncuq, Əliköməktəpədən iki mis muncuq və biz, Urmiya rayonunda Göytəpədən isə üç mis əşya qırığı tapılmışdır. Göytəpə tapıntılarından biri bıçaq tiyəsinin hissəsidir. Nisbətən çox metal, o cümlədən üç mis - mərgmüş qatışıqlı əşya I Kültəpənin ən qədim mədəni təbəqəsindən məlumdur. Buradan dördtilli biz, rombvari lövhə, iki muncuq və üç naməlum əşya qırığı əldə edilmişdir. Bu dövrdə mis işləmənin soyuq və isti döymə üsulundan istifadə olunmuşdu. Kültəpədən mis-mərgümüş qatışıqlı əşyalar, Xantəpədən mis əridilməsi üçün gildən hazırlanmış butə və saxsı çömçə tapılması göstərir ki, qədim tayfalar artıq bu dövrdə metalişləmə, metaləritmə işləri ilə tanış idilər.

Toxuculuq

Eneolit dövrünün son mərhələsinə aid bəzi abidələrdə Azərbaycanda toxuculuq peşəsinə aid daşdan, sümükdən və gildən iy başlıqlarına və çox zərif parça izlərinə rast gəlinmişdir. Eneolit dövrü əhalisi daha çox qamışdan həsir, səbət və başqa məmulat hazırlayırdı. Evlərin döşəmələrində tez-tez həsir qalıqlarına rast gəlinmişdir. Bəzən ölülərin də həsirə bükülməsi halları müşahidə olunmuşdur. Azərbaycanın bir sıra abidələrində oturacaqlarında toxuma izləri qalmış gil qablara da rast gəlinmişdir.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan Neoli̇t Dövründə

© Milli Azərbaycan Tarixi Muzeyi