Azərbaycan qədim əkinçilik diyarıdır. Hələ qədim dövrlərdən Azərbaycanda buğda, arpa, çəltik, darı, çovdar, pirinc, mərci və başqa bitkilər becərilmişdir....
Azərbaycan qədim əkinçilik diyarıdır. Hələ qədim dövrlərdən Azərbaycanda buğda, arpa, çəltik, darı, çovdar, pirinc, mərci və başqa bitkilər becərilmişdir. Buğda və arpa öz əkin sahəsinə və məhsul yığımına görə əsas yeri tuturdu. Azərbaycanda istehsal olunan taxıl məhsulları yerli əhalinin çörəyə olan ehtiyacını tam ödəyirdi. XVIII-XIX əsrin əvvəllərində Qarabağ, Şirvan, Quba əsas taxılçılıq mərkəzləri idi. Azərbaycan taxılı xaricə də ixrac olunurdu. Azərbaycan taxılı İtaliya, Yunanıstan, Fransa, Türkiyə, Hollandiya, Almaniya və başqa Avropa ölkələrinə aparılırdı. Ölkədə becərilən sarı buğda növü yüksək keyfiyyəti, dadı və artımına görə xüsusi şöhrət qazanmışdı. Taxılçılıq təsərrüfatında yerli taxıl növləri və ənənəvi əkinçilik üsulları üstünlük təşkil edirdi. Azərbaycanda sarıbuğda, gurgəni, qaraqılçıq, xırdabuğda, gülüsər, kərə, Qarabağ buğdası, ağ buğda, səkiləbuğda, qaragiləbuğda, topbaşbuğda, ağ arpa, qara arpa, şeşəri arpa, qılıcı arpa növləri becərilirdi.
Səpilmə və yetişmə vaxtına görə buğda və arpa payızlıq və yazlıq olurdu. Payızlıq buğda və arpa əkinləri Azərbaycanın taxılçılıq təsərrüfatında üstün yer tutmuşdur. Bu dövrdə Azərbaycanda bir-birindən fərqli çala, tala, dincəqoyma, herik və başqa əkinçilik sistemləri yayılmışdır. Əkinçilikdə əsas əmək alətləri - xış, qara kotan, ağac mala, bel, çin, oraq, dəryaz, yaba, vəl, şana, kürək və s. idi. Xış əsasən cır armud, cır tut və qaraçöhrə ağaclarından hazırlanır, at və ya öküzə qoşulurdu.
Çəltikçilik Azərbaycanda əsas əkinçilik sahələrindən biri idi. Cənubi Qafqazda istehsal olunan çəltiyin böyük hissəsi Azərbaycanın payına düşürdü. Əsas çəltikçilik rayonları Lənkəran, Ərəş, Nuxa, Zaqatala, Qarabağ və s. olmuşdur. Lənkəranda çəltikçilik ixtisaslaşdırılmış təsərrüfat sahəsinə çevrilmişdi.
Çəltikçilik Azərbaycanda əsas əkinçilik sahələrindən biri idi. Cənubi Qafqazda istehsal olunan çəltiyin böyük hissəsi Azərbaycanın payına düşürdü. Əsas çəltikçilik rayonları Lənkəran, Ərəş, Nuxa, Zaqatala, Qarabağ və s. olmuşdur. Lənkəranda çəltikçilik ixtisaslaşdırılmış təsərrüfat sahəsinə çevrilmişdi. Burada 110-dan çox kənddə çəltik əkilirdi. Azərbaycanın çəltikçilik bölgələrində ənbərbu akülə, mazandarani, rəsimi, beybu, ağ çilə, qırmızı çilə, çilənbəri, şəstras, vilgiciri, şatalivə, sədri, çampo, şəril, reyhani, çiləyi və s. düyü növləri becərilirdi. Ölkədə vətəndaşlıq hüququ qazanmış qasımxani, bəxşəli, əlməmməd, şəbunətum, məmmədəli, əsgəri, əmirxan və s. kimi çəltik növlərinin yaradıcısı xalq olmuşdur. Çəltik ustaları Ümumdünya London sərgisində (1862-ci il), Xarkov sərgisində (1887-ci il) və Qafqaz sərgilərində keyfiyyət və məhsuldarlığa görə mükafat və fərqlənmə diplomlarına layiq görülmüşlər. Azərbaycan düyüsünün əsas satış mərkəzi Rusiya bazarları idi. Çəltik biçildikdən sonra xırmanda öküz və atlardan istifadə edərək vəlsiz döyülürdü. Çəltiyin qabığı ding vasitəsilə təmizlənirdi. Azərbaycanda çəltikçilər bu məqsədlə dibəkdən, ayaq və su dingindən istifadə edirdilər.
Arxeoloji qazıntılar nəticəsində tapılmış meyvə çəyirdəkləri Azərbaycan ərazisində bağçılığın qədim tarixə malik olduğunu sübut edir. Orta əsr müəllifləri də Azərbaycanda yüksək keyfiyyətli meyvələr yetişdirildiyini xəbər verirlər.
Arxeoloji qazıntılar nəticəsində tapılmış meyvə çəyirdəkləri Azərbaycan ərazisində bağçılığın qədim tarixə malik olduğunu sübut edir. Orta əsr müəllifləri də Azərbaycanda yüksək keyfiyyətli meyvələr yetişdirildiyini xəbər verirlər. Övliya Çələbi Naxçıvanın Qarabağlar kəndində bir bağda armudun 26 növünün yetişdiyini xəbər verir. Azərbaycanın əksər qəzalarında meyvəçilik təsərrüfatı inkişaf etmişdi. Əsas meyvəçilik mərkəzləri isə Quba, Naxçıvan, Şamaxı, Göyçay, Şəki, Qarabağ və başqaları hesab olunurdu. Artıq XIX əsrdən etibarən dəmiyollarının çəkilməsi ilə əlaqədar olaraq Azərbaycan meyvəsi Ümumrusiya bazarlarına çıxarılmağa başlamışdı. Hər bölgə özünün meyvə növləri ilə seçilirdi. Azərbaycan meyvəsi müxtəlif sərgilərdə də nümayiş olunurdu. Naxçıvanın “Əbutalıbı” əriyi 1898-ci il Kaliforniyada təşkil olunmuş dünya meyvəçilik sərgisində birinci yerə layiq görülmüşdü.
XVII-XVIII əsrlərdə Azərbaycanda üzümçülük təsərrüfatı da geniş yayılmışdı. XIX əsrdən etibarən üzümçülük ayrıca təsərrüfat sahəsi kimi inkişaf etməyə başlayır. Abşeron, Şirvan, Qarabağ, Şəki, Qazax, Naxçıvan əsas üzümçülük bölgələri olmuşdur. Bu bölgələrdə sarıgilə, xatını, ağ şanı, qara şanı, gəlinbarmağı, qızıl üzüm, Şabranı, kişmişi, ağadayı, Təbrizi, Dərbəndi, Hüseyni, ağagörməz, Rişbaba, Mərəndi və başqa onlarla yerli üzüm növləri yetişdirilirdi.
Müxtəlif yem otları ilə zəngin Muğan, Mil, Şirvan, Qarabağ düzənlikləri, habelə geniş otlaqlara məxsus Savalan, Böyük və Kiçik Qafqaz dağları maldarlığın inkişafı üçün əlverişli şərait yaratmışdı. Azərbaycanda əsasən köçmə maldarlıq forması mövcud idi.
Azərbaycanda maldarlığın tarixi qədim dövrlərə gedib çıxır. Müxtəlif yem otları ilə zəngin Muğan, Mil, Şirvan, Qarabağ düzənlikləri, habelə geniş otlaqlara məxsus Savalan, Böyük və Kiçik Qafqaz dağları maldarlığın inkişafı üçün əlverişli şərait yaratmışdı. Azərbaycanda əsasən köçmə maldarlıq forması mövcud idi.
Azərbaycanda ən məşhur qoyun cinsi Qarabağ qoyunu idi. Bozax, qaradolaq, şirvan, mazıx, herik, balbas, caro qoyun cinsləri də geniş yayılmışdı. Bu qoyun cinsləri yağlı quyruqlu olub, ətlik, südlük, yunluq və satış üçün nəzərdə tutulurdu.
Azərbaycanda qaramalın tarixi də qədimdir. Əsrlər boyu təsərrüfatlarda bəslənən Kiçik Qafqaz və Böyük Qafqaz qaramal cinsləri əhalini ət, süd, yağ və gönlə təmin etmiş, qoşqu heyvanı kimi əkinçilik və nəqliyyatda geniş istifadə edilmişdir. Köçmə maldarlıq şəraitinə uyğun olaraq heyvanlar yaylaq və qışlaqlarda bəslənirdi. Xalq arasında qoyun pendirinə, inəyin yağına, camışın qatığına və qaymağına daha çox üstünlük verilirdi. Pendir qoyun dərisindən hazırlanmış motalda saxlanırdı. Qaymaq ağac təknələrdə və mis teştlərdə hazırlanırdı. Yağ hasil etmək üçün ağac, saxsı və dəri nehrələrdən istifadə olunurdu.
XVIII əsrdə açılıq və dəvəçilik də inkişaf etmiş təsərrüfat sahələri idi. Qarabağ, Qazax, Şirvan və Quba atları daha məşhur idi. Dəvəçilik ən çox düzən bölgələr üçün xarakterik təsərrüfat sahəsi idi.