• Azərbaycan muğamı

    Azərbaycan

Azərbaycan muğamı

Muğam – Azərbaycan musiqi şifahi klassik ənənəsinin əsas janrıdır. Muğam mətnləri adətən klassik şairlərin şerləridir. Bu janrlarda improvizasiya vokal partiyası müşayət alətlərinin ritmik fonunda səslənir. Azərbaycan xalq musiqisində 7 əsas muğam var: Rast, Şur, Seğah, Çahargah, Şüştər, Bayatı- Şiraz, Humayun və bir neçə əlavə muğam. Azərbaycanda muğam adətən üçlüyün müşayəti ilə ifa olunur: tar çalan, kamança çalan, qaval çalan (çox vaxt xanəndənin özü qaval çalan kimi çıxış edir).

XIX əsrin sonu – XX əsrin əvvəllərində muğam ifaçılarının əksəriyyəti Qarabağdan, xüsusən Şuşa şəhərindən olmuşlar.

Müasir Azərbaycan musiqisində muğam, zərb alətləri istisna olmaqla, istənilən alətdə ifa olunur. Bununla belə, muğam alətləri kimi tar, kamança, həmçinin ud, kanon, balaban hesab olunurlar.

2008-ci ildə YUNESKO Azərbaycan qeyrimaddi şedervlərindən” biri elan etdi.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycan muğamı

© Milli Azərbaycan Tarixi Muzeyi