• Monqollar dövründə Azərbaycan iqtisadiyyatı

    Mədəniyyəti

Monqollar dövründə Azərbaycan iqtisadiyyatı

“Örüs siyasəti”. Monqolların Azərbaycana üç yürüşü böyük iqtisadi dağıntılar gətirdi və kütləvi insan qırğınları ilə nəticələndi. Köçəri həyat tərzi keçirən və bütpərəstliyə ibadət edən monqol əyanları və döyüşçülərini tutduqları ölkələrin oturaq əkinçilik təsərrüfatı, sənətkarlığı və şəhər həyatı, xüsusilə dinc əhalisi qətiyyən maraqlandırmırdı. Tutulan torpaqların monqollar üçün yalnız örüş yeri - yaylaq və qışlaq kimi əhəmiyyəti var idi. Monqolların həyata keçirdiyi belə günəmuzd “örüş siyasəti” iqtisadiyyatın inkişafına mənfi təsir göstərirdi.

Hadisələrin şahidi olmuş salnaməçi Cüveyni yazırdı ki, monqol basqınları nəticəsində “Harada yüz min adam vardı, heç yüz adam da qalmamışdır”. Monqol basqınları nəticəsində Azərbaycanın xüsusilə Xəzərboybir çoxu bölgələri tamamilə boşalmışdı. Dövlət xadimi və tarixçi Fəzlullah Rəşidəddin yazırdı: “Çoxlu əhalisi olan Marağa, Ərdəbil, Gəncə, Bərdə və başqa şəhərlərdə monqollar tərəfindən elə qırğın törədilmişdi ki, tək-tük adam sağ qalmışdı... Dərbənd və Şirvan bölgələrində əhali tamamilə qırılmış, yaxud qaçıb dağılmış, əkinlər isə başlı-başına buraxılmışdı”.

Həmdullah Qəzvininin “Nüzhət-ül-qülub” əsərində verilən məlumatlara əsasən, 1220-- 1340-cı illərdə Cənubi Azərbaycandan (Naxçıvan bölgəsi daxil olmaqla) dövlət xəzinəsinə daxil olan gəlir 20 milyon dinardan 2 milyon 160 min dinara, Arandan və Muğandan yığılan dövlət gəliri 3 milyon dinardan 303 minə, Şirvandan götürülən gəlir 1 milyondan 113 min dinara düşmüşdü. Beləliklə, Azərbaycanın dövlət gəliri 1220-ci ildə 25 milyon dinardan XIV əsrin 40-cı illərində 2 milyon 694 min dinara enərək, on dəfəyədək azalmışdı. Bu rəqəmlər monqol ağalığının çox ağır iqtisadi nəticələrini əyani şəkildə sübut edir.

Hülakü hökmdarı Qazan xanın adı tariximizdə böyük islahatçı kimi qalmışdır. Qazan xan hakimiyyətdə olduğu qısa vaxt ərzində (1295-1304) dövlət idarəetmə sisteminin və cəmiyyət həyatının demək olar ki, bütün sahələrində islahatlar keçirmişdi.

Qazan xanın islahatları. Qazan xan (1295-1304) Hülakülər dövlətində hakimiyyətə gələn kimi ilk olaraq dini islahat keçirtdi və 1295-ci ildə Qarabağda keçirilən qurultayda əyanları və ordusu ilə birlikdə islam dinini qəbul etdi. İslam Hülakülərin rəsmi dövlət dininə çevrildi. 1298-ci ildə əslən Həmədanlı olan Fəzlullah Rəşidəddin Qazan xanın vəziri təyin edildi və ölkədə silsilə islahatlar keçirildi.

Kəndlilərin torpaq asılılığı qanuniləşdirildi. Vergilər sistemi təkmilləşdirildi, özbaşnalıqların qarşısı alındı. Təbriz nümunəsi əsas götürülərək bütün dövlətdə vahid çəki və ölçü vahidləri tətbiq edilməyə başladı. Döclət emalatxanaları yaradıldı, daha sonra isə sənətkarların dövlət sifarişi əsasında işlə təmin olunması məsləsi həll olundu. Torpaq mülkiyyəti məsələləri qanunlarla tənzimləndi, məhkəmələr sistemi təkmilləşdirildi. Ticarət yollarının təhlükəsizliyi təmin edildi. İslahatlar nəticəsində Hülakülər dövlətinin iqtisadiyyatı nisbətən dirçəldi, Azərbaycan şəhərləri və yerli əyanların dövlətdə oynadıqları rol gücləndi.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanın monqol dövlətlərinin tərkibinə daxil edilməsi

© Milli Azərbaycan Tarixi Muzeyi