• Azərbaycanın monqol dövlətlərinin tərkibinə daxil edilməsi

    Mədəniyyəti

Azərbaycanın monqol dövlətlərinin tərkibinə daxil edilməsi

XIII əsrin əvvəllərində Azərbaycan yeni təhlükə ilə üzləşdi. Şərqə yaranmış yeni imperiyanın – Monqol imperiyasının sərhədləri artıq Azərbaycanın hüdudlarına çatmışdır. Azərbaycanı zəbt etmək üçün monqollar üç irimiqyaslı yürüş etmişlər.

Monqolların Azərbaycan birinçi yürüşü. 1220 - 1223-cü illəri əhatə edəh və kəşfiyyat xarakteri daşıyan birinci yürüşə 30 minlik qoşuna malik Cəbə və Sübätäy başçılıq etmişdi. Tarixçi İbn əl-Əsir yazırdı: "Monqollar Azərbaycan və Aran vilayyətlərinə gəlib, bir ildən də az bir müddətdə onlari misli görünməmiş surətdə dağıtdılar, əhalisinin çoxunu qırdılar. Dərbəndə və Şirvana gedərək o tərəfdəki şəhərləri aldılar və oranın padşahı yaşayan qaladan başqa heç bir yer salamat qalmadı." Mərkəzi hakimiyyətin bu dövrdə zəif olmasına baxmayaraq monqollar Azərbaycanda ciddi müqavimətlə üzləşdilər.

Şirvanşahlar dövlətinin Şamaxı şəhəri qəhrəmancasına müqaviməti ilə tarixə düşdü. Şəhəri mühasirəyə alan monqollar divardeşən maşınlardan, mancanaqlardan və xüsusi nərdivanlardan istifadə edirdilər. Şamaxı əhalisi demişdi: “Qılınca sarılmaq lazımdır. Bizə qılıncdan başqa qurtuluş yoxdur, səbr etmək və şərəflə ölmək hər şeydən yaxşıdır". Ağır döyüş əicəsində şəhəri alan monqollar çoxlu mal, pul qarət etdilər və burada əhaliyə divan tutdular. Birinci yürüş, Azərbaycanda kənd təsərrüfatına, sənətkarlığa, ticarətə, şəhər həyatına, bütövlükdə iqtisadiyyata və mədəniyyətə böyük ziyan vurdu və ölkənin müdafiə gücünü zəiflətdi.

Oıpçaqların, gürcülərin hücumları və Azərbaycanda Xarəzmşah Cəlaləddinin hakimiyyəti. İqtisadi və siyasi qüdrətini itirmiş Eldənizlər artıq hər hansı bir düşmənə müqavimət göstərmək iqtidarında deyildilər. Bundan istifadə edən qıpçaqlar 1223-cü ildə Dərbənddən keçərək Şirvanı qarət etdilər. Eldənizlərdən əlini üzmüş Azərbaycan əhalisi birləşərək qıpçaqları Azərbaycandan qovdu. Lakin ölkənin düşdüyü ağır vəziyyətdən bəhrələnən gürcülər 1225-ci ildə Azərbaycana hücum edub, bir çox bölgələrin əhalisini talan etdilər.

1225-ci ildə xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycan hüdudlarına daxil oldu. Atabəy Özbək Əlincə qalasına şəkildi və orada da vəfat etdi. Nəticədə 1225-ci ildə Azərbaycanda Eldənizlər sülaləsinin hakimiyyətinə son qoyuldu. Cəlaləddin Cənubi Aərbaycanda möhkəmləndi. O, Arana soxulmağa çalışan gürcülərə ağır zərbə vurdu. Cəlaləddin Şimali Azərbaycana daxil oldu. Şirvanşahlar ildə 100 min dinar xərac vermək şərti ilə Cəlaləddindən vassal asılılığını qəbul etdilər. Cəlaləddəin Yaxın Şərq istiqamətində hərbi yürüşə başlayanda, onun Azərbaycanda qoyduğu məmurlar ölkəni talan edirdilər. Bütün Azərbaycam Cəlaləddinə qarşı xalq hərəkatı bürüdü. 1231-ci ildə Gəncə üsyanı bu hərəkatın zirvəsi oldu. Cəlaləddin çox böyük çətinliklə olsa da, üsyanı yatırdı.

Buna baxmayaraq özünü monqollann banşmaz düşməni kimi göstərən Cəlaləddin bölgədə olan hərbi - siyasi qüvvələri monqollara qarşı birləşdirmək əvəzinə, onlan daha da zəiflətdi. Bunun nəticəsində bölgədə monqolların ikinci yürüşünün qarşısını ala biləcək hər hansı bir güc qalmadı.

Monqollann ikinci yürüsü. 1231-ci ildə monqol qoşunları Çormoğon noyonun başçılığı ilə Azərbaycana soxuldular. Əhalinin ciddi müqavimətinə baxmayaraq Marağa, Gəncə ələ keçirildi, Təbriz isə mühasirəyə alındı. Təbrizin əyanları qiymətli hədiyyələr verərək şəhəri talandan və qırğından xilas etdilər, ancaq bir çox adlı-sanlı sənətkarlar Monqolustanın paytaxtı Qaraqoruma aparıldı. Şəmkir, Tovuz, Bakı uğrunda qanlı döyüşlər getdi. Ancaq bu şəhərlər də düşmənin əlinə keçdi. Monqollara ağır itkilər vurmuş Şəmkir və Beyləqan şəhərləri elə dağıdıldı ki, bird aha bərpa olunmadı. 1239-cu ildə Dərbənd şəhərinin tutulması ilə Azərbaycanın monqollar tərəfindən işğalı başa çatdı.

Azərbaycan Hülakü dövlətinin mərkəzi kimi. Böyük Monqol xaqanı Münkə xan Orta Şərq ölkələrində möhkəmlənmək və monqol istilasını tamamlamaq üçün qardaşı Hülakü xanı böyük ordu ilə yürüşə yolladı. Hülakü xan 1256-cı ildə Azərbaycan və Aranı ələ keçirdi. 1258-ci ildə Təbrizdən yürüşə çıxaraq Bağdadı tutdu və Abbasi xilafətinin varlığına son qoydu. Hülakü xan Amudərya çayından Aralıq dənizinə, İran körfəzindən Dərbəndədək öz hakimiyyəti altında birləşdirərək beşinci monqol ulusunu - Hülakülər dövlətini yaratdı. Hülakü dövlətinin əsas mərkəzi - metropoliyası Azərbaycan idi. Dövlətin ilk paytaxtı Marağa, 1259-cu ildən Təbriz olmuşdur. Hülakü elxanlarının sarayı, dövlətin inzibati, hərbi - siyasi idarəetmə orqanları, xəzinəsi və vergi idarələri Təbrizdə yerləşirdi. Hülakülərin yay iqamətgahı Qarabağda, qış iqamətgahı isə Muğanda idi. Hülakülər dövründə türk dili dövlət dili mövqeyini qazanmışdı. XIII - XIV əsrlərdə Azərbaycanın və onun şimal hissəsi olan Aranın əhalisinin böyük çoxluğu türklərdən ibarət idi. XIII əsr mənbələrində təkcə Aranda yüz min türk atlısının olduğu bildirilmişdir, Azərbaycanın görkəmli alimi Nəsrəddin Tusi Hülakü xanın baş məsləhətçisi, Hülakü xanın oğlu Abaqa xanın vəziri olmuşdur. Hülakü dövlət sistemində Şirvanşahlar öz titullarım saxlasalar da, bu formal xarakter daşıyırdı.

Hkmdar Sultan Olcaytunun dövründə (1304-1316) mərkəzi hakimiyyət xeyli möhkəmləndirilsə də, Əbu Səidin dövründə (1316-1335 dövlətin idarəsi baş əmir Çobanın ixtiyarına keçdi.

1343-cü ildə Hülakülər dövlətində hakimiyyətə gəlmiş Çobani Məlik Əşrəfin dövrü talançılıq dövrü kimi qalmışdır. Mənbələrdə Məlik Əşrəfin Azərbaycandan 400 dəvə və min qatır yükünə bərabər sərvət toplaması və on yeddi yerdə xəzinə saxlaması haqqında məlumatlar vardır.

Hülakü dövləti yaranandan sonra Çingiz xanın vəsiyyətini əsas gətirən Qızıl Orda dövləti onlardan qoparılmış Azərbaycan kimi zəngin ölkənin itirilməsi ilə heç cürə barışa bilmirdi. Qızıl Ordanın ərazisinin bir hissəsinin qopanlaraq beşinci ulusa - Hülakü dövlətinə çevrilməsi bu iki nəhəng güc arasında bir əsrə qədər davam edən müharibəyə səbəb oldu və aparılan savaşlar Azərbaycana böyük fəlakətlər gətirdi. 1357-ci ildə Azərbaycanda Çobani ağalığına son qoyuldu və Hülakü dövləti tarixin səhnəsindən silindi. Bu hadisə Şirvanşahlann müstəqilləşməsinə şərait yaratdı.

Şəkili böyütmək üçün üstünə basın

Azərbaycanın monqol dövlətlərinin tərkibinə daxil edilməsi

© Milli Azərbaycan Tarixi Muzeyi