• Dahi Azərbaycan şairi Məhəmməd Fizuli

    şair

Dahi Azərbaycan şairi Məhəmməd Fizuli

Məhəmməd Füzuli (Məhəmməd ibn Süleyman) (1498-1556) Azərbaycan poeziyasının klassiki, döğma azərbyacan dilində yazıb yaratmış dahi lirik şairdir.

Füzuli o dövrlər Ağqoyunlu Azərbaycan dövlətinin tərkibinə daxil olan Kərbəla şəhərində anadan olmuş, əslən Bayat Azərbaycan tayfasındandır. Din xadimi olmuş atası oğluna mükəmməl təhsil vermiş, şərq ədəbiyyatı üzrə olan biliklərə isə şair Həbibidən yiyələnmişdir. Füzuli Hillə, Kərbala, Bağdadda oxumuş, tibb, astronomiya, məntiq, riyaziyyat, eləcə də qədim yunan və şərq fəlsəfəsi sistemləri üzrə biliklərə yiyələnmiş, Xəqaninin, Nəsiminin, Nizaminin poeziyasını mükkəmməl mənimsəmişdi.

Füzulinin poetik təxəllüsü “fəzl” məhfumunun - yəni, elmin və biliyin birliyi, mənasını verir. Onun ilk məhşur şeiri - qəsidə, Ağqoyunlu hökmdarı Əlvendə həsr olunmuşdur. 1508-ci ildə Bağdad şəhəri Səfəvi dövlətinin tərkibinə daxil olduqda Füzuli artıq gənc bir şair kimi məhşurlaşmışdı. O, məsnəvi formasında olan “Bəngü badə”adlı ilk irihəcmli əsərini Şah İsmayil Xətayiyə həsr etmişdir. Səfəvilərin hakimiyyəti dövründə Füzuli şahın yerli canişinlərinin himayəsində idi, bu vəziyyət 1534-cü ildə Bağdadın Osmanlı fəthinə qədər davam etdi. Osmanlı hakimiyyəti dövründə şair Bağdadda dərs deyir, sonralar isə Nəcəfdə imam məqbərəsinin xidmətçisi olmuşdur, lakin ondan rüşvət tələb edən osmanlı məmurları oranı tərk etməyi məcbur etdilər. Müsəlman şərqində məşhur olmuş şairə Osmanlı sultanı təqaüd kəsmişdir, lakin bürokratik əngəllər səbəbindən onun alınması xeyli çətinlkəşmişdi. Şair bu əngəlləri “Şikayyətnamə” (“Şikayətlər kitabı”) adlı məhşur əsərində təsvir etmişdir. Ömrünün sonunda Füzuli maddi sıxıntılara məruz qalmışdır. O, 1556-cı ildə vəba xəstəliyindən vəfat etmişdir.

Bu günə qədər şairin azərbaycan, fars və ərəb dillərində 16 əsəri məlumdur. Füzuli əsasən lirik şair hesab olunur. Poetik əsərlərinin böyük əksəriyyəti qəzəl formasında olan şairin azərbaycan dilində qələmə aldığı “Leyli və Məcnun” əsəri onun sənətinin zirvəsi sayılır.

Həm həyatı dövründə, həmdə şair vəfat edəndən sonra onun əsərləri əlyazmalar şəklində yayılırdı. Yaxın Şərqdə məhşurlaşan şairin əlyazmaları oxucuların artan tələbatını ödəmədiyi üçün XIX əsrin birinci yarısndan başlayaraq Füzulinin əsərləri nəşr olunmağa başladı. XIX əsrin əvvələrində başlayaraq şairin əlyazmaları Azərbaycan, Türkiyə, İraq, Orta Asiya, XX əsrin əvvələrindən başlayaraq isə 40 yaxın əsəri Qahirə, İstanbul, Xivə və Daşkənddə dəfələrlə nəşr olunmuşdur.

“Şikayətnamə” əsərində şair mövcud quruluşun qüsurlarını, soyğçuluğu, rüşvətxorluğu, yaltaqlığı və xalq vəsaitlərinin dağıdılmasını ifşa edərək tənqid etmişdir. “Söhbətül-əsmar” (“Meyvələrin mübahisəsi”) əsəri şairin epik yaradıcılığının birinci qaranquşu sayılır. “Bəngü badə” əsərində şair şərdən və xoşagəlməz hadisələrdən sığınacağın axtarışlarında tiryəkə müraciət edə biləcək sağlam insanları bunun təhlükəli olmasından xəbərdar edir. Füzuli öz həyatsevər yaradıcılığı ilə insanın adi xoşbəxtlik hüququnu müdafiə edir. Musiqi alətlərinin insan qusurlarından söhbət etdiyi “Saqinamə” adlı məcazi əsərinin məhz bu baxımdan qəbul etmək lazımdır. Alleqorik surətlər və müqayisələr onun "Səhhət və Mərəz", "Rindü Zahid" əsərlərində öz əksini tapmışdır.

Füzulinin ən populyar, yüksək bədii səviyyəli əsəri “Leyli və Məcnun” poemasıdır. Əsərin mövzusu ərəb folklorundan götürülmüşdür. Fizuli bu folklor materialından özünəməxsus bir şəkildə və ustadlıqla istifadə etmiş və öz bədii ifadəliliyi ilə bütün əvvəlki variantları üstələyərək həqiqətən orijinal poema yaratmışdır. Öz sələflərinin, xüsusilə də, Nizami Gəncəvinin ənənələrini davam etdidərək şair Azərbaycan şifahi-poetik yaradıcılığı ilə sıx bağlı olan orijinal poema yaratmışdır. Nizamidən fərqli olaraq Füzuli poemasında müstəqil olan, lakin poemada harmonik yer tutan təxminən 30 lirik şeiri yerləşdirmişdir.

Fizuli poeziyasının dili, faktiki olaraq xalq dilidir, parlaqdır, dərin və emosionaldır. Şairin əsərlərinin bir hissəsinə musiqi bəsətlənmişdir, onlar aşıq və xanəndələr tərəfindən ifa olunmuşdur.

Füzuli yaradıcılığı Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatının inkişaf etməsinə öz təsirini göstərmişdir.

Şəkili böyütmək üçün üstünə basın

Dahi Azərbaycan şairi Məhəmməd Fizuli

© Milli Azərbaycan Tarixi Muzeyi