• Səfəvilər dövləti

    Səfəvilər

Səfəvilərin dövlət və hakimiyyət rəmzləri

Şəkili böyütmək üçün üstünə basın

Səfəvilər dövləti: inzibati bölgüsü, dövlət aparatı, dövlət dili

Səfəvilər dövlətinin yaranması Azərbaycan tarixində yalnız iqtisadi və etnik birləşmə baximından deyil, həm də dövlətçiliyin inkişafı baxımından da əlamətdar və mütərəqqi hadisə olmuşdur.

Dövlətin rəsmi adı “Dövləti-i Səfəvi”, yəni “Səfəvilər dövləti” idi. Təbriz 1501-1555-ci, Qəzvin 1555-1598-ci, İsfahan 1598-1736-cı illərdə dövlətin paytaxtı olmuşdur.

Səvəfi dövləti feodal monarxiya idi. İlk Səfəvi hökmdarları dövründə idarəetmə sistemi sadə olsa da, öz dövrü üçün qabaqcıl idi və şaha effektiv və tez şəkildə vəziyyətə nəzarəti qurmağa imkan verirdi.

Dövlət aparatının başında ölkənin tam səlahiyyətli sahibi olan şah dayanırdı.

Şahlar dünyəvi hakimiyyətin rəhbəri kimi qeyriməhdud hakimiyyətə malik olmuş, eləcə ədə ali dini rəhbərlər sayılırdı. Şah həmçinin ölkə qoşunlarının baş komandanı idi.

Səfəvilərin inzibati ierarxiyasında ikinci şəxs “vəkil” idi. O, faktiki olaraq hökmdarın müavini sayılırdı. Vəkil şah qarşısında dövlət və dini məsələlərdə, eləcə də hökmdarın müsbət imicinin saxlanmasınsa cavabdeh olmuşdur.

Vəkildən sonra ən nüfuzlu vəzifə “vəzir” sayılırdı. Mülki bürokratiyanın rəhbəri olan vəzir dini və hərbi işlərə qarışa bilməzdi. İsmayılın oğlu Təhmasıbdən başlayaraq baş vəzir tədricən inzibati idarəetmənin ikinci fiquru idi. Bu zaman idarəetmənin mərkəzi sistemində nüfüzlu struktur yaradılmışdır - Ali Vəzirlər Şurası. Bu orqan imperiyanın mülki administrasiyası üzərində tam nəzarəti təmin edirdi.

Şahdan sonra 4-cü aparıcı fiqur “sədr” idi. O, ölkədə dini vəziyyətə cavabdeh idi.

Ölkənin maliyyə rəhbəri vəzifəsini “müstövli əl-mamalik” (“vilayətlərin xəzinədarı”) icra edir, o, birbaşa vəzirə tabe idi.

Məhkəmə sisteminin fəaliyyətini Ali Divan həyata keçirirdi. Bu strukturun rəhbəri “divanbəyi” adlanır və bilavasitə şah tərəfindən təyin olunurdu. O, şahın ədliyyə və qanunvericilikdə köməkçisi sayılırdı.

Ölkədə fəaliyyət göstərən məşvərət orqanı- “Məclisi-ala” tərkibinə nüfuzlu əmirlər, dövlət xadimləri və dini xadimlər daxil idi. Bu orqanın əsasında vaxtıkən İsmayıla hakimiyyətə gəlməyə kömək göstərmiş əmirlər şurası dayanmışdır. “Məslisi-ala” öz dövri üçün mütərəqqi hakimiyyər elementi idi və onu azərbaycan parlanentçiliyin sələfi saymaq olar.

Silahlı qüvvələrə “əmir-əl-üməra” rəhbərlik edirdi. O, tayfalardan toplanan qoşunların birləşməsi və tam hazırlıq vəziyyətinə gətirilməsinə cavabdüh idi. İkinci nüfüzlu hərbi vəzifə “qorçubaşı” adlanırdı. O, şahın şəxsi qvardiyasına başçılıq edirdi. Dövlətin kəşfiyyat xidmətinə “xəlifət”əl-xülafə” rəhbərlik edirdi.

İnzibati-ərazi baxımından dövlət əyalətlərə bölünürdü. Muxtəlif dövrlərdə siyası vəziyyətdən asılı olaraq əyalətlərin sayı dəyişə bilərdi. XVII əsrin əvvəlinə dövlət 13 əyalətə bölünürdü, onlara şah tərəfindən təyin olunan bəylərbəyləri rəhbərlik edirdi. Bir çox hallarda əyatlər elə bəylərbəyliyi adlanırdı. Hər əyalətin başında “xan” titulu olan və müəyyən qızılbaş tayfasını təmsil edən əmir dayanırdı. Hər əyalətdə həmçinin ayri-ayrı qızılbaş tayfalarına hədiyyə olunmuş tayfa oymaqları var idi, onların başında kələntər adlı oymaqbəyi dayanırdı.

Bəylərbəyinə tabe olan əyalət mahallara bölünürdü; hər mahalın başında mahal hakimi dayanırdı. Şəhər başçıları darğa adlanırdı; böyük qalaları kutval, kəndlər kəndxuda, məhəllələri rəislər idarə edirdi.

Dövlətdə bütün elita, o cümlədən hərbi elita etnik mənşəyi türk olan qızlıbaşlardan ibarət idi, sərkərdələr, vilayət canişinləri və dövlət məmurları türk qızılbaşlardan ibarət idi. Ordu bütövlükdə türklərdən ibatət idi.

I Şah İsmayıl doğma azərbaycan dilini saray, ordu və məhkəmə dili kimi təsdiq etmişdir. Fars dili mülki administrasiya və diplomatiyasının dili olaraq əhəmiyyətini saxlamışdır. Şah Abbasın islahatlarından sonra Səfəvi dövlətində farsdilli təsir gücləndi, lakin azrbaycan türkcəsi ordu, saray və məhkəmə dili statusunu XVIII əsrin ortalarına qədər saxladı.

Şəkili böyütmək üçün üstünə basın

Səfəvilər dövlətinin iqtisadiyyatı

I Şah İsmayılın vacib nailiyyətlərindən biri sabit iqtisadi sistemin yaradılması idi. Səfəvi dövlətinin iqtisadiyyatı kənd təsərrüfatına əsaslanırdı. Öz növbəsində, kənd təsərrüfatı köçəri (yarımköçəri) və oturaq əkinçilik təsərrüfatlarına əsaslanırdı. Maldarlıq, qoyunçuluq və atçılıq inkişaf etmişdir. Əkinçilik, taxıl, pambıq, düyü ilə ölkəni təmin edirdi. Ölkə eksportunun böyük hissəsini xam ipəyin istehsalı təşkil edirdi. Ölkədə çoxlu sayda suvarma sistemi və qurğular ıinşa olunurdu.

Sənətkarlıq ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Şah emalatxanalarının məhsulları, o cümlədən xarici ölkələrədə satılırdı. Təsadüfi deyil ki, səfəvi ustalarının düzəltdikləri xalçalar, ipək parçalar, silah, keramika, mis qablar, zərgərlik məmulatları indiyənədək dünyanın aparıcı muzeylərinin ekspozisiyalarını bəzəyir. Minlərlə şəhər emalatxanaları əhalinin sənətkarlıq məhsullarına olan tələbatını tam ödəyirdi.

Səfəvi dövlətinin əlverişli coğrafi mövqeyi dövlətin ərazisindən çoxsaylı tranzit yollarının keçməsinə səbəb olmuşdur. Ticarətin inkişafına böyük diqqət yetirilirdi. I Şah İsmayılın hakimiyyətindən başlayaraq iqtisadi ittifaqlar yaradılır, bir çox Avropa və Şərq dövlətləri ilə müqavilələr imzalanırdı. Ən vacib strateji istiqamətlər üzrə yaxşı yollar salınmış, karvansaraylar inşa edilimişdir. Yolların və yollarətrafı infrastrukturun inkişafı hətta Osmanlı dövlətində olan yollar və infrastrukturundan da üstün idi.

Səfəvi dövlətinin pul sistemi gümüş monometallizmə əsaslanırdı. İlk sikkələr 1501-ci ilə aiddir. İri şəhərlərin öz zərbxanaları var idi. Təbriz, Gəncə, Naxçıvan, Ərdəbil, Həmədan, İsfahan, Qəzvin, Məşhəd, İrəvanda belə zərbxanalar var idi.

Şəkili böyütmək üçün üstünə basın

Səfəvilər dövlətinin pul sistemi

1 qızıl tümən = 10000 mis dinar
1 gümüş şahı (9,36 qram) = 50 dinar
½ şahı = 25 dinar
¼ şahı = 12,5 dinar
1/8 şahı = 6,25 dinar
2 şahı = 100 dinar
4 şahı = 200 dinar
Beş şahı = 250 dinar
On şahı = 500 dinar
1 qızıl əşrəfi = 5 şahı və ya 250 dinar
1 mis dinar = 4,68 qram

Şəkili böyütmək üçün üstünə basın

Səfəvilər dövləti

© Milli Azərbaycan Tarixi Muzeyi