• Azərbaycanda neft hasilatının xronologiyası (ən qədim dövrlərdən 1920-ci ilədək)

    Neft hasilatı

Azərbaycanda neft hasilatının xronologiyası (ən qədim dövrlərdən 1920-ci ilədək)

190-75 min il əvvəl -
Binəqədi gölündə karbohidrogenlər 900-1500 m dərinliyindən suyun üzərinə qalxmış və qırlaşmışlar. Gölün qır qatında batmış qədim heyvanların sümükləri XX əsrdə arxeoloqlar tərəfindən aşkarlanmışdır.

e.ə. VI minllik -
arxeoloqların Azərbaycan ərazisində aşkar etdiyi ən qədim neft quyuları

e.ə. VI-IV əsrlər -
Abşeron nefti Midiyaya aparılır. Kiçik Asiyaya satılan bu neft yunanlar tərəfindən “midiya yağı” adını almışdır. Neft xassələri haqqında Eratosfen, Klavdiy Ptolemey, Herodot, Aristotel, Qekatey Miletski, Polibiy, Diodor Siciliyskiy, Strabon, Pomponiy Mela, Kursiy Ruf, pliniy, Klavdiy Ptolemey, Ammian Marsellin.

e.ə. VI əsr -
atəşpərəstlikdə oda sitayişlə bağlı ilk ayinlərin yaranması. Od püskürən yerlərin müqəddəs yer kimi qəbul olunması

e.ə. VI-IV əsrlər -
neft istifadə olunur: 1.çıraqlarda, 2.yandırıcı oxlarda, 3.heyvanların dəri xəstəliklərinə qarşı, 4.evlərin damlarına sürtülən qır kimi, 5.ağac gəmilərin sualtı hissələrinə sürtülən asfalt kimi

e.ə. VI əsr -
neftin böyük miqdarda çıxarılması və müxtəlif ölkələrə satılması

IV əsr -
“Ayin-namə” Sasani traktatı və Bizans müəllifi Veqesinin “Hərb işi haqqında” traktatında neftin hərb işində tətbiqinin nəzəriyyəsi verilmişdir. Neft xüsusi əhəmiyyəti olan strateji məhsul kimi qəbul olunur. Neft orta əsrlərin ən dəhşətli yandırıcı silahlarından olan “yunan atəşi”nin tərkib hissəsinə qatılır. İri şəhər və qalalarda məxfi neft ambarları yaradılır. Neft mərmilərinin atan ilk “odsaçan hərbi qurğular” icad olunur. Neft mərmilərini tətbiq edən döyüşçülər xüsusi odadavamlı paltar (“libas ən-nəffatin”) geyirdilər

VII əsr -
Alban tarixçisi Moisey Kalankaytuklu “Aqvan tarixi” əsərində Albaniyada neftin olmasını qeyd edir.

VIII əsr -
Azərbaycan Ərəb xilafəti tərkibinə qatılan kimi neft quyuları siyahıya alındı və onlardan xüsusi vergi toplanmağa başlandı. 733-cü ildə Xəlifənin Azərbaycandakı canişini Maslama ibn bu əl-Məlikin əmri ilə Dərbənddə ən böyük neft ambarları inşa olundu. 755-ci ildə neftin köməyi ilə xəzərlərin Dərbəndə böyük hücumu dəf olundu

IX- X əsrlər -
833-cü ildə ərəb mənbələrində Bakı “Şirvanın tərkibində olan neft sahili” adlandırılır. 930-cu ildə ərəb müəllifi Abu İshaq əl-İstəxri Bakı ətraflarında ağ və qara neftin çıxarılmasından xəbər verir. 942-ci ildə ərəb müəllifi Əbu Dulaf neft quyularının iltizama (fərdi şəxslərə icarəyə) verilməsi haqqında ilk məlumat verir: “Şirvan vilayətlərinə aid olan Bakuya adlı yerə çatdım. Orada mən gündəlik icarə haqqı 1000 dirhəm olan neft quyusunu gördüm.” Ərəb müəllifi Əbü-l Həsən əl-Məsudi yazır: “Bakux adlı yerdə alov mənbəyindən biri olan vulkan var. İstənilə vaxt o coşur və alovu hündürlüyə püskürür”. Azərbaycan Salarilər dövlətinin qoşunlarında xüsusi neft atıcıları dəstələrinin təşkil olunmuşdur

XI- XII əsrlər -
Məhşur alim Əbu Reyhan Əl-Biruni yazırdı: “Bakıda ağ neft istehsal olunur”. 1131-ci ildə səyyah Əbu Həmid əl-Qarnati yazırdı: “O qara torpaqdan bitum və ağ və qara neft çıxır; bu yer Şirvan vilayətində Bakı yaxınlığında yerləşir”. 1175-ci ildə Xəzəryanı ərazilərə hücum etmiş rus gəmilərinə qarşı Şirvan hərbi donanması yandırıcı mərmiləri istifadə etmiş və qalib gəlmişdir

XIII - XIV əsrlər -
Venesiya səyyahı Marko Polo: “Bu yerdə çoxlu neft var – bir dəfəyə yüzlərlə gəmini o neftlə doldurmaq olar... O nefti almaq üçün uzaq ölklərdən gəlirlər”. İran coğrafiyaşünası Həmdullah Qəzvini: “Ən böyük neft mənbəyi Bakuyədədir. Burada quyular qazırlar ki, neft çıxarılsın”. Bakı nefti haqqında həmçinin Məhəmməd Bekran, Yaqut əl-Həməvi, Zəkəriyyə Qəzvini yazırdılar. Fransız missioneri Jurden de Severak: “Bakı adlanan o yerdə quyular qazırlar və bu quyulardan yağ çıxarırlar: o yağ naft adlanır”.

XV əsr -
Azərbaycanlı səyyah Əbdürrəşid əl-Bakuvi: “Neftin gündəlik hasilatı 200 xarvara bərabərdir”. (1 xarvar =25 pud =400 kq). Venesiya diplomatı İosofat Barbaro: “Dənizin bu hissəsində Baka adlanan şəhər yerləşir; onun yanında qara yağ püskürən dağ var”.

XVI əsr -
Fransa taciri C.Düke: “Burada yerden inanılmaz miqdarda yağ çıxır... Bu yağ qaradır və nefte adlanır. Onu bütün ölkədə qatır və ulaqlarla daşıyırlar, bir bele karvanda 400-500 heyvan olur. Bakı şəhəri yaxınlığında ağ və çox qiymətli yağ növü də var”. 1594-cü ildə Balaxanıda usta Allahyar Məmmədəli Nur oğlu tərəfindən 35 m dərinliyində neft quyusu qazılmışdır. Quyunun yazılı daş lövhəsi XX əsrdə aşkarlanmışdır.

XVII əsr -
Osmanlı səyyahı Övliyə Çələbi: “Bakı qalası ətrafında 500-ə yaxın quyu var; onlardan ağ və qara neft çıxarılır. Neft çıxaran insanlar quyulara düşür və gecə və gündüz neft çıxarır və keçi dərilərindən olan tuluğlara doldurulur. Neft səkkiz rəngdə olur, lakin ən yaxşı sarı neft sayılır”. İran müəllifi Əhməd ər-Razi: “Bakı ətrafında 500 quyudan qara və ağ neft çıxarılır”. Alman səyyahı Adam Oleariy: “Neft xüsusi yağdır və Bakı və Bərməq dağı yaxınlığındakı daimi quyulardan çıxarılır. Neftin sanki qaynaması yaxşı eşıdılırdi; quyuların güclü qoxusu var”.

Venesiya səyyahı Petro della Vale: “Bakıda çıxarılan qara neft böyük gəlir gətirir”. Alman səyyahı E.Kempfer: “Suraxanıda neft quyuları eni 500, uzunluğu 100 addım olan vadidə yerləşir. Burada quyuları dərin idi. Onlardan nefti çarx vasitəsilə və ya dəri tuluqlar vasitəsilə çıxarılırdı. Çarxı iki nəfər fırladırdı, burada iş yalnız gecə bir nəşə saatlıq dayandırıırdı. Çıxarılmış neft uzunluğu 17, eni 7 addım olan hovuzda toplanırdı. Hovuzun üzərində tağ tikilmişdir”.

XVIII əsr -
1723-cü ildə Rusiya çarı I Pyotrun məktubundan: “Baka əla keyfiyyətli neftlə zəngindir”. 1728-ci ildə rus məmuru İ.Qerber: “1725-ci ilədək neftdən alınan gəlir 50.000 tüməndən artıq idi”. 1728-ci ildə Bakı ətrafında 70 yararlı, 18 yararsız neft quyusu, 30 yararlı, 23 yararsız neft ambarı var idi. Bakı nefti haqqında yazırdılar: İ.Lerx, İ.Xanvey, S.Qmelin, C.Forster, M.fon Biberşteyn. Nefti qrunt sularından təmizləmək üçün açıq ambarları bir-birlərilə kanallar vasitəsilə birləşdirməyə başladılar. Ambardan-ambara süzdürülən neft sulardan təmizlənirdi. Neftin “ənbiq” üsulu ilə təmizlənməyə başlaması nefti saflaşdırır, onun keyfiyyəti artırır. Belə neft mebel laklarının tərkibinə qatılır, ilk spirtəbənzər məhlulun düzəldiməsinə səbəb oldu. İçəri Şəhər yaxınlığında 3, Bibi-Heybət və Bayılda 15 iri neft ambarı inşa olunmuşdur. Bayılda neft tacirləri üçün xüsusi karvan-saray fəaliyyət göstərirdi.

1803-cü il -
Dünyada ilk dəfə olaraq Bakı sakini Qasımbəy nefti dənizdən çıxarmağa başlamışdır: Bibi-Heybətdə dəniz sahilindən 18 və 30 metr uzaqlıqda iki quyu qazılmışdır

1806-cı il -
Bakını zəbt etmiş rus qoşunları burada olan 116 neft quyusunu dövlət mülkiyyəti elan etmişlər. Qafqazda rus qoşunlarının komandanları neft quyularını özlərinin etibar etdikləri şəxslərə iltizama verir, bu şəxslər neft istehsalının inişafı üçün heç nə etmirdilər

1825-ci il -
Neft istehsalında iltizam sistemi ləşv olundu

1833-cü il -
Neft ustaları Kərbalayi Yusif Əmirbəy oğlu və Hacı Nəbi Səfi oğlu Kubanda neft quyularının qazılması və neft aşkar etdiklərinə görə “Zəhmət və səylərə görə” gümüş medalları ilə təltif olunmuşlar

1837-ci il -
Abşeronda N.Voskoboynikov tərəfindən ilk eksperimental neft emalı zavodu inşa olundu

1846-cı il -
Dünyada ilk dəfə olaraq Bibi-Heybətdə mexaniki üsulla qazılmış quyu neft verdi. Belə üsulla qazılmış quyulara “buruq” deyilirdi

1850-ci il -
Neft istehsalında iltizam sistemi tətbiq olunmağa başladı

1859-cu il -
Suraxanıda V.Kokorev və P.Qubonin tərəfindən ilk neft emalı zavodunun inşa olundu. Ildə 250 min pud (4 min ton) ağ neft istehsal edən zavod “fotonaftil” adını almış ağ neft istehsal edirdi

1861-ci il -
Pirallahı adasında Vittenin neft emalı zavodu işə başladı

1863-cü il -
Bakıda Cavad Məlikovun zavodu işə başladı. Onun icad etdiyi qurğu xam neftin ümumi həcminin 35-40% qədər ağ neft verirdi (adi qurğularda bu göstərici 8 % bərabər idi)

1864-cü il -
Bakının ağ nefti Rusiyanın bazarlarına çıxarıldı. Balaxanı kəndlilərinin neft mədənlərində məcburi əməyə cəlb edilməsinin qadağan olundu

1871-ci il -
Balaxanıda 51 m dərinliyi olan neft quyusunun qazılması (dünya üzrə quyuların dərinliyi 30-35 m idi)

1872-ci il -
Bakıda 57 neft emalı zavodu ildə 1395114 pud (22321 ton) ağ neft emal edirdi. Abşerondakı neft quyularının sayı 415-ə çatdırıldı. Abşeronun neftli torpaqları satışa çıxarıldı

1872-ci il -
Rusiyada ilk dəmir yolu sisternləri Bakıda tətbiq olunmağa başlamışdır

1873-cü il -
Neft buruqlarında buxar maşınlarının istifadə olunmağa başladı. Neft müəssisələrinin cəmləşdiyi Qara şəhərin yaradılmaşa başlaması. Ilk dəfə neftin gəmi sisternalarında daşınmağa başlaması (Bakı- Həştərxan marşrutu ilə)

1874-cü il
Dünyada ilk şaquli- inteqrasiya olunmuş səhmdar cəmiyyəti - “Bakı neft cəmiyyəti” yaradılmışdır

1877-ci il -
Dünyada ilk neft paroxod -tankeri olan “Zoroastr” inşa olunmuş və Bakı-Həştərxan marşrutu ilə hərəkət etmişdir. 1910-cu ildə teploxod -tanker- “Zoroastr” eyni marşrut üzrə reysə çıxmışdır

1878-ci il -
Rusiya imperiyasının ilk neft boru kəməri olan “Balaxanı- Qara şəhər” kəməri (uzunluğu 10 km, diametri 76 mm) inşa olunmuşdur. Dünyada ilk dəfə olaraq Balaxanıda hündür silindrvari neft çənləri qurulmuşdur

1873-1883-cü illər -
Neft hasilatı 4 mln puddan 60 mln puda (64 min tondan 960 min tonadək) çatdırıldı

1880-cı il -
İlk dəfə olaraq neft buruqlarının dərinliyi 100-120 m-ə çatdırıldı

1890-cı il -
Murtuza Muxtarovun qazma şirkəti o dövr üçün inanılmaz görsənən 1100 m dərinliyində buruq qazmışdır

1895-ci il -
Murtuza Muxtarov “Bakı buruq sistemi” adını almış neft çıxarmanın yeni, daha mükəməl üsulunu icad etmiş və dövlət patenti almışdır

1897-ci il
Buruqlardan neft kompression üsulla çıxarılmağa başladı

1897-1907-ci illər -
Rusiya imperiyasının “Bakı- Batum” neft borusunun inşası. 883 km uzunluğu olan kəmər Xəzəri Qara dənizlə birləşdirmiş, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasını asanlaşdırmışdır

1899-cu il -
Murtuza Muxtarovun Qazma avadanlıqları zavodunun (Bibi-Heybət) qurğuları xarici bazarlara da çıxarılmağa başladı

XIX əsrin sonları -
“Nobel qardaşları neft istehsalı yoldaşlığı” (“Товарищество нефтяного производства братьев Нобель”) Rusiya imperiyasının ilk hərtərəfli neft məhsulu satış sistemini (öz ticarət loqotipi olan neft bazaları, satış mərkəzləri və s.) yaratdı

1901-ci il -
Bakıda ildə 11,4 mln ton neft çıxarılır- bu ümumrusiya neft hasilatının 90%, ümumdünya hasilatının 50% təşkil edirdi. Suraxanıda ilk qaz quyusu qazılmışdır. Rusiya imperiyası neft hasilatına görə dünyada birinci yerə çıxır (ildə 11,6 mln ton). Bu neftin 95 % Abşeronda çıxarılırdı

1904-cü il -
Suraxanıda qazılmış 211 m dərinlikli quyudan neft fontan vurdu

1905-ci il -
Dünyada ilk dəfə olaraq Balaxanıda neft quyularına kompressor qoşulur

1911-ci il
İlk dəfə olaraq krekinq qurğusu və rotor qazması tətbiq edilməyə başlayır

1912-ci il -
Bakıda ilk dəmir-beton çən qurulmuşdur

1913-cü il
Abşeronda neft arşdırmalarını aparan İ.Qubkin öz əsərləri ilə yeni elmin- neft geologiyasının əsasını qoydu

1914-cü il
Dünyada ilk dəfə neft qazlift üsulu ilə çıxarılmağa başlayır (ABŞ-da bu üsul 1924-cü ildə tətbiq olundu)

1915-ci il
Abşeronda ilk dəfə olaraq neft quyulrında dərinlik nasosları tətbiq olunmağa başladı

Azərbaycanda neft hasilatının xronologiyası (ən qədim dövrlərdən 1920-ci ilədək)

© Milli Azərbaycan Tarixi Muzeyi