Azərbaycan mahnı yaradıcılığı janr müxtəlifliyi ilə seçilir (mərasim, məişət, lirik, tarixi, əmək, məzəli və s.). Lirik xarakterli Azərbaycan xalq mahnılarının janrlarından biri bayatılardır.
XX əsrdə azərbaycan xalq mahnısında Şərq poeziyası formaları əsasında milli romans və romans-qəzəl janrları meydana gəldi. Ən çox romans-qəzəllər orta əsr Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzulinin şerlərinə yazılmışdır.