Rəssam Bəhruz Kəngəli (1892-1922), Azərbaycan rəssamı, Tiflis rəssamlıq məktəbinin yetirməsi, ilk peşəkar Azərbaycan rəssamı. B.Kəngərli 1918-1920-ci illərdə azərbaycanlıların soyqırımının şahidi olmuş və gördüklərini 1920-1922-ci illərdə bir sıra əsərlərində təsvir etmişdir. Soyqırım zamanı azərbaycanlıların keçirdiyi bütün iztirabları o, yorğun, əldən düşmüş uşaq obrazları ilə göstərməyə çalışmışdır.
Əzim Əzimzadə (1880-1943), Azərbaycan rəssam və qrafiki, Azərbaycan SSR Xalq rəssamı (1927). Ə.Əzimzadə 1918-1920-ci illərdə azərbaycanlıların soyqırımının şahidi olmuşdur. Rəssamın çoxşaxəli yaradıcılığında XX əsrin əvvəllərində azərbaycanlıların soyqırımını nümayiş etdirən rəsmlər xüsusi yer tutur.