• Müharibə və milli qüvvələrin amalları

    Müharibə

Müharibə və milli qüvvələrin amalları

Azərbaycan ziyalıları hökümətə loyallıq nümayiş etdirməklə bərabər öz xalqları üçün azadlıq qazanmaq arzusunda idilər.

IV Dövlət Duması Müsəlman fraksiyasında Azərbaycan nümayənəsi M.Y.Cəfərov, 1914-cü ilin yayı:“Bir halda ki, rus ordusu çoxsaylı xarici xalqlara azadlıq aparır, qoy bu azadlıq Rusiya imperiyasına daxil olan çoxsaylı xalqlara da qaytarılsın”.

M.Ə.Rəsulzadə: O, müharibə nəticəsində müstəqillik qazanmaq arzusunu özünün redaktor olduğu “Açıq söz” qəzetində də bildirmişdi. O, yazırdı ki, müharibə əzilən ölkələrin müstəqilliyini möhkəmləndirən sülhlə nəticələnməlidir - əks halda sülh uzun sürməyəcək.

Fətəli xan Xoyski, 1914-cü il : “Bu müharibənin qalibi, kim olursa-olsun, o, bu müharibədən zəifləmiş və yaralanmış şəkildə çıxacaq. Zəifləməmiş bizlər isə xahiş yox, tələb edə biləcəyik. Biz Osmanlı xanədanından gözlədiyimizi Romanovlar sülaləsindən gözləyirik. Müstəqillik, bizim üçün lazım olan bax budur. Müharibədən sonra böyük dövlətlər nə qədər zəif olacaqlarsa, azadlıq da bir o qədər yaxın olacaq. Azadlıq buradan, bizim yığılmış qüvvəmizdən, bizin pullarımızdan və bizim neftimizdən doğacaq”.

Şəkili böyütmək üçün üstünə basın

Müharibə və milli qüvvələrin amalları

© Milli Azərbaycan Tarixi Muzeyi