Teymurun vəfatından (1405) sonra Cənubi Azərbaycanı Miranşahın oğlanları Ömər, Əbubəkr idarə etməyə çalışsalar da, 1406-cı ildə Cəlairilər, 1410- cu ildə isə Qaraqoyunlular Azərbaycanda hakimiyyəti ələ keçirdilər.
Şirvanşah I İbrahim (1382-1417), I Xəlilullah (1417-1465) və Fərrux Yasar (1465-1501) dövründə Azərbaycanın şimal hissəsi iqtisadi-siyasi tərəqqiyə nail olur. I İbrahim nəinki Şirvanı Əmir Teymurun yürüşlərindən qoruyur, hətta Şəki və Gürcüstanı da dağıntılardan xilas edir. Teymurun vəfatından sonra Azərbaycanı vahid dövlətdə birləşdirmək ideyasının tərəfdarları Şirvanşah I İbrahimi Təbrizə dəvət edirlər. 1406-cı ilin may ayında azərbaycanlıların müttəfiq ordusu Təbrizə daxil olur. Qısa müddətdə ölkədə ədalət bərpa olunur. Lakin, Azərbaycanın birləşdirilməsi siyasəti uğursuzluqla nəticələnir. Buna birləşmənin daxili və xarici düşmənləri mane olur. Birləşməyə iknci cəhd 1410-cu ildə olur. Şirvanşah I İbrahim oğlu Kəyumərsin başçılğı ilə Təbrizə Sultan Əhməd Cəlairiyə kömək üçün qoşun göndərir. Lakin qoşun Təbrizə çatmamış Qara Yusif Sultan Əhmədi məğlub etdiyindən ikinci cəhd də uğursuz olur. 1412-ci ildə Kür çayı sahilində baş vermiş döyüşdə I İbrahim məğlubiyyətə uğradı. O, Qara Yusifin vassallığını qəbul etdi və onun xəzinəsinə 1200 tümənlik mal verdi. I İbrahimin ölümündən sonra hakimiyyətə oğlu I Xəlilullah gəldi. O, Qaraqoyunlulara tabe jlmaqdan boyun qaçırdı. I Xəlılullah 1421-ci ildə Alaşkertdə Teymuri hökmdarı Şahruxla bərabər Qaraqoyunlu İsgəndəri məğlubiyyətə uğratdı .Buna görə də İsgəndər 1425-1427- 1428;1433-1434 Şirvana soxuldu,ölkəni qarət etdi. I Xəlilullahın ölümündən sonra hakimiyyətə gələn Fərrux Yasar Qaraqoyunlu dövlətinə son qoyan Ağqoyunlu Uzun Həsənə qarşı ənənəvi Teymuri müttəfiqliyinə son qoydu. Ağqoyunlularla qohum oldu. 1488-ci ildə Uzun Həsənin oğlu Sultan Yaqub səfəvi Şeyx Heydərin Şirvanı tutmaq cəhdini boşa çıxartdı.